“ABŞ terrorçu dövlət saydığı İrana 6 milyar dollar verdi. Ağ ev bu ödəməni rəsmi bir ittifaqla etdiyini elan etdi. Təbii ki, Birləşmiş Ştatlar bu vəsaiti özü ödəməyəcək. Pullar Cənubi Koreya bankları tərəfindən veriləcək. Amerika Cənubi Koreyadan İrandakı terrorçu dediyi molla rejiminə 6 milyard dollar ödəməsini tələb etdi. Bu milyard dollarlar körgəz ölkələrini, islam aləmini, Türkiyə, Azərbaycan və Pakistanı yıxmaqda istifadə ediləcək”.
Shafaqadogru.com KONKRET.az-a istinadla xəbər verir ki, bu sözləri Misirli jurnalist Sabir Məşhur bildirib.
Onun sözlərinə görə, “İran xüsusi xidmət orqanlarının islam aləmində “Hüseyniyyə”, “Zeynəbiyyə” və digər bənzər adlar altında kəşfiyyat mərkəzlərini aça bilməsi və hakimiyyətlərin zəif vaxtlarda silahlanıb meydana çıxacaq hücrələr formalaşdırması üçün külli mqdarda vəsaitə ehtiyac yaranıb. İndi Amerika deyir ki, buyur o pullar sənindir. İki ay öncə də İram polisi küçələrdə qadınları güllə-baran edərkən İrana 7 milyard dollar daha əlavə verilmişdi. Yəni əslində İran xəzinəsini Amerika doldurur. “İran interneyşnl” kanalı deyir ki, 6 milyard dollar Qətərdəki banklara ötürüləcək.
Pullar əvvəlcə İsveçrə banklarında avroya çevrilib İran banklarına göndərilmədiyi üçün Qətər banklarına həvalə ediləcək. Beləcə Qətər pulları İrana dollar şəklində verməmiş olacaq. Bu pullar İran ordusuna, Suriyada, İraqda və digər ölkələrdə savaşan silahlı qruplaşmalara yönləndiriləcək. 6 milyard dolların əksər qismi İran xarici kəşfiyyatının bütün islam aləmində açdığı məscidlərə də ötürüləcək. İran kəşfiyyatı xarici ölkələrdəki mərkəzlərini bax bu şəkildə idarə edir.
“Hüseyniyyə” və “Zeynəbiyyə” məscidlərinin vəzifələri bəllidir. Onlar lazımı məlumatları İran kəşfiyyatına ötürməklə mükəlləfdirlər. İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza 1990-cı illərdə, yəni 30 il öncə İran Cəbuni Koreya banklarına yuanla yüksək miqdarda əmanət qoydu. Və o vaxtdan bəri İran heç faiz də almadı. İran təxminən bir milyard dollar zərər etdi. Ona görə də İranın 7 milyard dollar alması lazım idi. Amma təəssüf ki, 6 milyard dollar aldı. Yuandan avroya keçid xərclərini üçüncü bir dövlət öz üzərinə götürəcək. Fikrimcə, bu dövlət Qətər olacaq. Beləcə, pullar itkisiz olaraq yuandan avroya çevrilib Qətərdəki 6 İran bankına qoyulacaq. Baxın, İranın İraq, Suriya, Livan və Yəməndəki varlığını Birləşmiş Ştatlar istədi. Onun dəstəyi ilə orada İranın hərbi mövcudluğu oldu. Ən sonra İran iflas etmiş duruma düşdü.
İndi isə Güveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Türkiyə və Azərbaycanın işğal üçün böyük pullara ehtiyac yaranıb. Nigerdə və başqa ölkələrdə hüseyniyyələr, zeynəbiyyələr açıla bilməsi, Aşura və Kərbəla mərasimlərinin kütləviləşməsi üçün Tehrana çox vəsait lazımdır”.