Şəfəqə Doğru » Manşet » COVİD-19-un bu variantı Çində geniş yayılıb

COVİD-19-un bu variantı Çində geniş yayılıb

COVİD-19-un bu variantı Çində geniş yayılıb

COVID-19-un "Eris" adlanan EG.5 variantının səbəb olduğu hallar Çində geniş yayılıb.

Bu barədə Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

CDC rəsmiləri “Eris” variantının Çinin əksər bölgə və əyalətlərində üstünlük təşkil etdiyini və bu tendensiyanın davam edəcəyini söyləyib.

“Eris”in geniş yayılmasının səbəbinin virusun toxunulmazlıqdan yayınma qabiliyyətini artırması və əvvəlki infeksiyaların verdiyi anticisimlərin təsirini azaltması olduğunu vurğulayan rəsmilər onun klinik əlamətlər baxımından digər variantlardan ciddi bir fərq yaratmadığını bildiriblər.