Şəfəqə Doğru » Manşet » ƏHMƏDZADƏ VƏ BABA RZAYEVDƏN HAKİMİYYƏTƏ QARŞI TƏXRİBAT

ƏHMƏDZADƏ VƏ BABA RZAYEVDƏN HAKİMİYYƏTƏ QARŞI TƏXRİBAT

ƏHMƏDZADƏ VƏ BABA RZAYEVDƏN HAKİMİYYƏTƏ QARŞI TƏXRİBAT
Azərbaycan xalqını vecinə almayan iki iri ranqlı məmur prezidentə qarşı təxribat siyasətini yürüdür.

Hər iki oliqarxlaşmış vəzifəli şəxs əhalini saymır, problemlərinə etinasız yanaşır, öz həyatını işıqlandırmaqla məşğul olur.
Shafaqadogru.com  Politika.Az-aistinadən xəbər verir ki, bununla bağlı daxil olan çoxsaylı şikayət və müraciətlər toplusu belə deməyə əsas verir ki, Hesablama Palatası tərəfindən onların fəaliyyətinin təftiş olunmasına ciddi şəkildə zərurət yaranıb. Daxil olan məlumatlara görə, söhbət "Azərişıq” ASC sədri Baba Rzayev və "Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadədən gedir. Onlar vətəndaşların gününü əməlli-başlı qara edib. Bu azmış kimi, hər iki ASC sədri əhaliyə qarşı biganəlik nümayiş etdirir, camaatı saymır, prezidentin tapşırıqlarını isə qulaqardı edir. Sanki onlar bu ölkədə yaşamır və yaxud rəhbəri olduqları qurumlar şəxsi təsərrüfatlarıdır. Dəfələrlə mətbuatda B.Rzayev və Ə.Əhmədzadənin korrupsiya əməlləri, büdcə pullarını talan etməsi barədə faktlar təqdim olunub. Eyni zamanda onların əhalinin problemlərinə laqeyd yanaşmasında giley-güzar edilib. Mətbuatı izləyənlər də təsdiqləyər ki, mühüm qurumlara rəhbərlik edən bu şəxslər nə vətəndaşlar görüş keçirir, nə onları dinləyir, nə problemləri ilə yaxından maraqlanır. Əhmədzadənin və ya Rzayevin bu günə kimi hər hansı qəbul keçirdiyi barədə məlumat yoxdur. Əks halda gözümüzə soxmağa çalışardılar ki, gecə-gündüz bilmədən işləyirik. B.Rzayev təkcə 16-18 oktyabr tarixlərindəki yağış fəlakətində ölkənin işıqsız qalması ilə bağlı bir açıqlama verilməliydi. Azərişıq sədri xalqa hesab verməliydi ki payız yağışı niyə ölkəni zülmətə qərq elədi?! Respublikanın bir çox zonalarında işıq təsərrüfatı iflic olmuşdu. Eləcə də qaçqın və məcburi köçkünlərin yaşadığı regionlarda - Bərdə, Tərtər, Biləsuvar, Bəhramtəpə, Ağcabədi, Beyləqan və digər zonalarda ölkə işıqsız qalmışdı. Daxil olan xəbərdə bildirilir ki, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və bəzi nazirlər tez-tez vətəndaşlarla görüşlər keçirir, bölgələrdə əhalini qəbul edir, şikayət və müraciətlərini dinləyir. Ancaq Əhmədzadə və Rzayev deyəsən özlərini əlahiddə səlahiyyətlərə malik məmurlar sayırlar ya da R.Usubovdan, Z.Qaralovdan üstün tuturlar. Belə olmasaydı bu qədər laqeydlik, saymazlıq olmazdı. Əhmədzadə su təsərrüfatı, əkin-biçin sahələrinin suvarılması, texnika təminatı və başqa problemlərlə bağlı nə fermerləri qəbul edir, nə camaatın şikayətlərinə məhəl qoyur, nə də ki yerlərdəki adamları vətəndaşlarla görüşür. Hazırda ölkədə prezidentə qarşı gedən, onun fəaliyyətinə zidd hərəkət edən iki qurum varsa onlar da "Azərişıq” və "Meliorasiya və Su Təsərrüfatı” ASC-dir. Necə olur ki DİN rəhbəri vətəndaşları qəbul edə bilir, amma Əhmədzadə yox? Amma Rzayevin və Əhmədzadənin varidatı, milyonları, mal-mülkləri barədə faktlar mətbuat səhifələrini bəzəməkdədir. Prezident İlham Əliyevin tapşırıqları olub ki, hər bir vəzifə sahibi öz işinə vicdanla yanaşmalıdır, xalqla işləməlidir, onların problemlərini həll etməlidir. Lakin B.Rzayev bu yağış fəlakətində meydana çıxıb bir söz belə demədi. Avropa ölkələrində belə vəziyyət olsaydı həmin qurum rəhbəri istefa verərdi. Qarşı tərəfi də dinləməyə hazırıq.