Türkiyənin Artvin şəhərində 7 yaşlı uşaq evlərində ov tüfəngi ilə oynayarkən anasına atəş açıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Artvinin Yusufeli rayonunda 7 yaşlı uşaq evdə tüfənglə oynayarkən anasını öldürüb.
Ana əvvəlcə başından dəyən güllə ilə ağır yaralanıb.
Müdaxiləyə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.