Şəfəqə Doğru » Manşet » Rusiyada 1-ci sinif şagirdlərinə zorla hərbi geyim paylandı...-RƏZALƏT-FOTOLAR

Rusiyada 1-ci sinif şagirdlərinə zorla hərbi geyim paylandı...-RƏZALƏT-FOTOLAR

Rusiyada 1-ci sinif şagirdlərinə zorla hərbi geyim paylandı...-RƏZALƏT-FOTOLAR
Rusiyanın Nijni Novqorod şəhərində 1-ci sinif şagirdlərinin valideynləri şikayət ediblər ki, uşaqlara sentyabrın 1-də sıralanma üçün hərbi forma verilib.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə yerli nəşrlərə istinadən “Podyom” teleqram-kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, 172 nömrəli məktəbin gələcək birinci sinif şagirdlərinə hərbi geyimlər verilib.
 
“Hər kəsə, hətta qızlara da ölçülərindən böyük hərbi geyim veriblər və sentyabrın 1-də sıralanmaya həmhz bu geyimlə çıxmağa məcbur edirlər”,- deyə valideynlər şikayətlənirlər.
 
 Məlumata görə, məktəb rəhbərliyi kamuflyaj kostyumlarının uşaqlara sırf uyğunlaşmaq üçün verildiyini əsaslandırmağa başlayıb və deyirlər ki, bu il də Bilik Günü hərbi üslubda deyil, həmişəki kimi baş tutacaq,.
 
Təhsil müəssisəsinin direktorunun sözlərinə görə, uşaqlara paylanan hərbi geyim bu tədris ilindən məktəbdə I siniflərdə “Rusiya qartalları” proqramının tətbiqinə başlanılması ilə əlaqədardır. Rusiyalı birinci sinif şagirdləri məktəbdənkənar tədbirlərdə bu uniformadan istifadə edəcəklər.
 
Təqdim edilən fotolardan birində 1-ci sinigf şagirdləri üçün hərbi formaların istehsal edildiyi müəssisə də göstərilir...
 
Xatırladaq ki, bir müddət əvvəl Rusiyada orta məktəblərin yuxarı sinif şagirdləri üçün 5 günlük təlim kursu hazırlanıb.Həmin kurs çərçivəsində məktəblilər motoatıcı qoşunların əsgərləri kimi döyüş əməliyyatlarında iştirak etməyə hazırlanacaqlar.