Şəfəqə Doğru » Manşet » Qarabağdakı haykların yeni “prezident”i kim olacaq: Vardanyan, ya Şahramanyan?..

Qarabağdakı haykların yeni “prezident”i kim olacaq: Vardanyan, ya Şahramanyan?..

Qarabağdakı haykların yeni “prezident”i kim olacaq:  Vardanyan, ya Şahramanyan?..
Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “konstitusiyası”na bu yaxınlarda edilən dəyişikliyə əsasən, hərbi vəziyyət şəraitində qondarma “prezident” vəzifəsi boşaldıqda “prezident”in seçilməsi proseduru qanunsuz “parlament” tərəfindən tənzimlənir. 
 
Shafaqadogru.com -un   verdiyi xəbərə görə, Azərbaycan Respublikası ərazisinin Rusiya imperiyasının dəstəyi ilə haykların məskunlaşdırıldığı hissəsində faktiki icra edilməkdə olan bu qanunsuz prosedurları xatırladan “@reartsakh” teleqram-kanalı onu da qeyd edir ki, yeni “prezident” hazırkı “prezident” istefa verdikdən və “parlament” istefanı qəbul etdikdən sonra 7 gün ərzində “parlament” tərəfindən seçilir.
 
Nəşr güman edir ki,  Xankəndindəki “parlament”in son altı saatlıq iclasında yeni “prezident”in seçimində də konsensus olub və sentyabrın 10-dək yeni “qanuni” “prezident” seçilməlidir...
 
Bunun ardınca erməni teleqram-kanalı qondarma “prezident”liyə mümkün namizədləri təqdim edərək onları oxucuları arasında səsverməyə qoyur: 
 
“Sizcə, kim seçiləcək:
Ruben Vardanyan
Samvel Şahramanyan (yeni “dövlət naziri”-S.L.)
Samvel Babayan
Və ya ümumiyyətlə, heç tanımadığımız biri?”
 
P.S. Ruben Vardanyanın birbaşa Putinə bağlı olduğu bilindiyindən onun Yuxarı Qarabağdakı haykların “prezidenti” seçilməsi ağlabatan deyil. Daha çox terrorçu eks-prezident, Xocalı canisi Serjik Sərksiyanın adamı olan Samvel Şahramanyanın seçiləcəyi ehtimal edilir...