Rusiyanın Qara dəniz donanmasının aviasiyası Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birlikdə dörd hərbi katerini məhv edib.
Shafaqadogru.com bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi sentyabrın 4-də Telegram kanalında yaydığı məlumatda bildirib.
“Qara dənizdə hərbi-dəniz aviasiya təyyarələri Ukrayna Silahlı Qüvvələrinin desant qrupları olan dörd yüksəksürətli hərbi katerini məhv edib”-deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
“…Gecə Qara dənizin şimal-qərb hissəsində Qara Dəniz Donanmasının hərbi-dəniz aviasiya təyyarələri Ukrayna Silahlı Qüvvələrinin desant qrupları ilə birlikdə ABŞ-ın “Willard Sea Force” Dəniz Qüvvələri tərəfindən istehsal olunan dörd yüksək sürətli hərbi kateri məhv edib”-deyə açıqlamada qeyd olunur.
Katerlərin Krım sahilindəki Tarxankut burnuna doğru hərəkət etdiyi bildirilir.