Türkiyənin bir sıra şəhərlərində yağan güclü yağışlar nəticəsində azı 3 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, leysan yağışlar Türkiyənin bir çox bölgələrində daşqınlara səbəb olsa da, ən çox Aksaray, Kayseri və Nevşehir zərər çəkib.
Xilasedicilər hələ də dağıntıları ayırd etmək və Türkiyənin bir neçə regionunda itkin düşənlərin axtarışını davam etdirirlər.