: - Müdafiə Nazirliyinin məlumatı
Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər. Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Ermənilərin SAVAŞ TƏDARÜKÜ İSRARI: Yenə səngər qazmaq istədilər... - Ağdam istiqamətində...
18-09-2023, 10:36 292