Ermənistanın Baş nazir Nikol Paşinyan xalqa müraciət edib.
Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, Xankəndidəki separatçı rejim Rusiya sülhməramlı kontingentinin komandanlığının atəşkəslə bağlı təklifi ilə razılaşdığını elan edib.
ER Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi heyətinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirmə zonasından çıxarılması, “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun silahlı birləşmələrinin ləğvi və tam tərksilah edilməsi barədə razılıq əldə olunub.
Ağır texnikanın və silahların tezliklə məhv edilməsi məqsədilə Qarabağ ərazisindən çıxarılması nəzərdə tutulur.
Xəzər
Cebhe.info