Şəfəqə Doğru » Manşet » Hökumət və "qiyamət günü" təyyarələrinə hücum... - Daha bir helikopter də vurulub

Hökumət və "qiyamət günü" təyyarələrinə hücum... - Daha bir helikopter də vurulub

Hökumət və "qiyamət günü" təyyarələrinə hücum... - Daha bir helikopter də vurulub
"Təyyarələrin zədələnmələri onların tez bir zamanda bərpasına imkan vermir..."
 







Ad - 00:15


"Hava limanının ciddi şəkildə qorunmasına rəğmən, naməlum şəxslər təyyarələrə partlayıcı maddələr qoymağa müvəffəq olub..."
 
Rusiya İstintaq Komitəsi 18 sentyabr 2023-cü il tarixdə Moskva vilayətində Çkalov hərbi hava limanında bir helikopter və iki təyyarəyə ciddi zərər vurulub.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (BKİ) məlumat yayıb.
 
"Bu hadisə yüksək hərbi dairələrində böyük isterika doğurub, çünki hava limanında "qiyamət günü" adlandırılan hökumət təyyarələri və xüsusi təyyarələr (kəşfiyyat təyyarələri) yerləşir", - BKİ mətbuat xidməti yazıb.
 
Hava lumanının ciddi şəkildə qorunmasına rəğmən, naməlum şəxslər 354-cü xüsusi təyinatlı aviasiya alayına məxsus AN-148 və İl-20 təyyarələrinə partlayıcı maddələr qoymağa müvəffəq olub.
 
Həmçinin rusiyalıların Moskva vilayəti üzərində zərbə dronlarının vurulması üçün cəlb etdikləri Mi-28H helokopteri də partladılıb.
 
"Təyyarələrin zədələnmələri onların tez bir zamanda bərpasına imkan vermir. Helikopterin quyruq hissəsi zədələnib. Dayanacaqda olan daha bir AN-148 təyyarəsi də zədələnib", - BKİ qeyd edib.
 
Ukrayna kəşfiyyatı həmçinin qeyd edib ki, Rusiyada naməlum diversantların axtarılması üzrə tədbirlər keçirilir. Bununla yanaşı, Rusiya mətbuatında bu hadisə "məhdud şəkildə" işıqlandırılıb.
 
İl-20 sovet radioelektron kəşfiyyat və radioelektron mübarizə təyyarəsidir. An-148 Ukrayna istehsalı olan sərnişin təyyarəsidir. Mi-28H sovet/Rusiya zərbə helikopteridir.