Şəfəqə Doğru » Manşet » SON DƏQİQƏ: Hərbi maşın minaya düşdü - İki hərbçimiz şəhid oldu

SON DƏQİQƏ: Hərbi maşın minaya düşdü - İki hərbçimiz şəhid oldu

SON DƏQİQƏ: Hərbi maşın minaya düşdü - İki hərbçimiz şəhid oldu

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.