İrəvanda hökumət əleyhinə etiraz aksiyası davam edir.
Shafaqadogru.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu gün səhər 09:00-a olan məlumata görə, aksiyada 53 etirazçı saxlanılıb.
Saxlanılanlar polisin qanuni tələblərinə riayət etməmək maddədi ilə polis bölməsinə aparılıb.
Xatırladaq ki, sentyabrın 19-dan İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
***
Ermənistan polisinin məlumatına görə, İrəvandakı aksiyada saxlanılanların sayı 142 nəfərə çatıb.
***
Ermənistanın Daxili İşlər Nazirliyi saxlanılan etirazçıların sayının 168 nəfərə yüksəldiyini açıqlayıb.