Ötən gün Kürdəmirdə evdə baş verən yanğın zamanı ağır xəsarətlər alan ər və arvad dünyasını dəyişib.
Hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.
Belə ki, yanğın zamanı ağır yanıq xəsarətləri alan kənd sakinləri - ər və arvad, 1986-cı il təvəllüdlü Zərballyev Vüsal Hətəmxan oğlu və 1988-ci il təvəllüdlü Zərballyeva Şəbnəm Xidmət qızı həkimlərin səyinə baxmayaraq, Bakıda vəfat ediblər.
Hazırda rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.