Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 09:18-də vilayətin Elbistan rayonunda baş verib.
4 bal gücündə baş verən zəlzələ yerin təxminən 14,37 kilometr dərinliyində qeydə alınıb.
Qeyd edək ki, zəlzələ nəticəsində dağıntı və ya itki hadisəsi baş verməyib.