Azərbaycan və Çin arasında uçuş şəbəkəsinin genişləndirilməsi imkanları müzakirə olunub.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, uçuşların tezliyi və uçuş şəbəkəsinin genişləndirilməsi imkanlarını müzakirə etdik. Müvafiq İşçi qrupunun yaradılması barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.