Şəfəqə Doğru » Manşet » Rusiya 1 gündə Ukraynada 1000-dən çox hərbçisini itirdi

Rusiya 1 gündə Ukraynada 1000-dən çox hərbçisini itirdi

Rusiya 1 gündə Ukraynada 1000-dən çox hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1380 hərbçisini itirib.

 

Shafaqadogru.com  "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 292 060 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 55 tank, 120 zirehli döyüş maşını, 29 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.