Ontario ştatının Su Sent Mari şəhərində atışma nəticəsində 6, 7 və 12 yaşlı uşaqlar da daxil olmaqla, beş nəfər ölüb, daha bir nəfər yaralanıb.
Hadisə iki yaşayış binasında yaşanıb.
Polis atışmanın məişət zəminində baş verdiyini düşünür.
Hadisəni törədən şəxsin dörd nəfəri öldürüb, bir nəfəri yaraladıqdan sonra intihar edən 44 yaşlı kişi olduğu üzə çıxıb.
Ölənlərin və xəsarət alanların kimliyi açıqlanmır.