Tanınmış modelyer Elnarə Bəkirovanın atasını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyev millət vəkili Elnur Allahverdiyevin qohumlarıdır.
Shafaqadogru.com news24-ə istinadla xəbər verir ki, bu barədə E.Bəkirova məlumat verib.
O bildirib ki, atasını qətlə yetirən Mustafa Zeynalov "Kontakt Home"un baş direktoru, millət vəkili Elnur Allahverdiyevin dayısıdır.
Zərərçəkmiş qeyd edib ki, qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.
Qeyd edək ki, E.Bəkirovanın atası Kamran Bəkirov bu ilin aprel ayında üzərində 300 min manatla itkin düşüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Bəkirovun Mustafa Zeynalov və Namiq Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.