Şəfəqə Doğru » Manşet » Qəzza zolağından çıxarılacaq azərbaycanlıların sayı məlum olub

Qəzza zolağından çıxarılacaq azərbaycanlıların sayı məlum olub

Qəzza zolağından çıxarılacaq azərbaycanlıların sayı məlum olub

"Qəzza zolağından 8 azərbaycanlının çıxarılması planlaşdırılır".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Amerikasının Səsinə deyib.

"Səfirliyimizin fəaliyyəti davam etdirilir. Hansısa ciddi məhdudiyyət yoxdur”, o bildirib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, İsraildə 75 min azərbaycan əsilli insan yaşayır. İsraildə hazırda olan Azərbaycan vətəndaşlarının sayı barədə isə rəsmi statistik rəqəm hələ elan edilməyib.

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 8-ə çatıb.

Qəzzada rabitənin kəsilməsi keçən cümə günündən başlayıb və son iki gündə tamamilə kəsilib. Mühasirədə olan ərazinin 2,3 milyon əhalisinin dünya ilə əlaqəsi kəsilib və beynəlxalq yardımın çatdırılması dayandırılıb.

Fələstin səhiyyə orqanlarının verdiyi məlumata görə, son telefon və internet xidmətində fasilələr İsrailin Qəzzanın şimalındakı Cəbəliyə şəhərində fələstinli qaçqın düşərgəsində azı 50 nəfərin ölümü, 150 nəfərin yaralanması ilə nəticələnən hava hücumundan bir neçə saat sonra baş verib.

Reuters xəbər agentliyinin məlumatına görə, Cəbəliyə 1948-ci ildən bəri davam edən müharibələrdən qaçan ailələr üçün ev olub.

France Presse xəbər agentliyi çərşənbə günü bildirib ki, HƏMAS hava hücumu zamanı 7 girovun da öldüyünü, onlardan 3-nün xarici pasportları olduğunu iddia edib.