ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya HAMAS hərəkatının saxladığı girovların bəzilərini azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları üç gün müddətinə dayandırmağı təklif edib.
Bu barədə Axios portalı məlumat yayıb.
Bildirilir ki, Bayden bu təklifi Netanyahu ilə telefon danışığında səsləndirib. Amerika lideri hesab edir ki, döyüş əməliyyatlarında üç günlük fasilə HAMAS-ın Qəzzada saxladığı bəzi girovların azad edilməsini asanlaşdıra bilər.
İsrail tərəfinin məlumatına görə, oktyabrın 7-də HAMAS-ın hücumları zamanı azı 240 nəfər girov götürülüb.