Ermənistanın sabiq prezidenti Robert Koçaryanın bir müddət əvvəl həbsdən azad edilən oğlu Levon müxalifətin “Hayastan” fraksiyasından parlamentə düşüb.
Shafaqadogru.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bugünkü iclasda o and içib.
Bala Koçaryan mandatı proporsional siyahı üzrə fraksiya nümayəndəsi Armen Çarçyanın istefasından və seçki siyahısında aşağıdakı namizədlərin Milli Assambleyada yer almaqdan imtina etməsindən sonra alıb.
Ermənistan parlamentində yeni deputat - hakim “Mülki müqavilə”nin nümayəndəsi, Araratın keçmiş vitse-qubernatoru Tiqran Parsilyan da and içib. O isə ölən deputatın əvəzinə proporsional siyahı üzrə parlamentə düşüb.