Masallıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.
Masallı rayonunun Qızılağac kəndindəki evlərdən birinə daxil olan şəxsin ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməsi, daha sonra isə oradan uzaqlaşması ilə bağlı polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunmuş İntiqam Axundov müəyyən olunaraq saxlanılıb.
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)