2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulmuşdu. Eyni böyük fədakarlığın digər illərdə də edildiyini görürük. 2021-ci ildə bərpa prosesinə büdcədən 2.2 milyard, 2022-ci ildə isə 2 milyard 670 milyon manat ayrılmışdı. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat xərclənib.
Qarşılamağa hazırlaşdığımız 2024-cü ildə bu istiqamətə ayrılan vəsait daha böyükdür. Növbəti ilin dövlət büdcəsində Qarabağın bərpasına 4 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Üst-üstə toplayanda 44 günlük müharibədən sonra keçən 4 il ərzində Qarabağın yenidən inşasına hardasa 12 milyard manat xərclənəcək.
Rəsmi məlumatlara inansaq, kifayət qədər böyük olan bu vəsait sayəsində Qarabağda ağıllı kənd və şəhərlər, yeni körpülər, yollar, müasir aeroportlar tikilir, digər infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar çox gözəl. Azərbaycanın inkişafı və müasir çağımıza uyğunlaşdırılması üçün üçün həqiqətən də bu xərci çəkməyə dəyər.
Üstəlik, bütün bu xərclər dövlət büdcəsindən ayrılanlardır. Xarici sərmayədarların da bu inşa prosesinə qoşulduğu və böyük vəsaitlər xərclədiyi sirr deyil. Bəs, ayrılan bu vəsaitlər necə xərclənir? Bu xərclər tikinti sektorunda çalışanların gün-güzaranına necə təsir göstərir?
Sözsüz ki, bu qədər böyük vəsaitin təkcə Qarabağın inşasına ayrıldığını düşünən hər kəs, böyük ehtimalla, yuxarıdakı suala belə cavab verərdi: inşaatçılarımız yağ-bal içərisində yaşayır, qaz vurub qazan doldururlar.
Nə yazıq ki, inşaat sektorunda işləyənlərlə söhbətimizdə vəziyyətin tamamilə başqa cür olduğunu təsbit etdik. Sən demə, dövlətin inşaata ayırdığı bu pullar onların yox, onların adından istifadə edən bir qrup şəxslərin ciblərini doldurur. İşləyən, texnikaları bu ağır işdə məhv olan real inşaatçılardır, pulu qazananar isə podratçı, subpodratçı şirkətlər. Podratçılar və subpodratçılar vasitəsilə tikinti sektorunda iş tapmaq yarışına girən real inşaatçılar isə ayrılan vəsaitin yalnız cüzi qismini qazanırlar. Ən pisi isə odur ki, sənədlərdə qazandıqlarını belə, reallıqda ala bilmirlər. Nəticədə bir çoxları lizinq vasitəsilə aldıqları krediti ödəyə bilmir, iflasa uğrayırlar.
Mənə bu barədə xeyli şikayətlər daxil olur və onların dərdlərini öz dillərindən dinləməyə, dediklərini sizinlə bölüşməyə çalışacağam.
Müəllif: Heydər Oğuz, jurnalist
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...