Qəzza zolağının şimalındakı məktəb binası İsrail Hərbi Hava Qüvvələrinin raketi ilə vurulub.
Shafaqadogru.com xəbər verir ki, bu baerədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən bildirilib.
Məlumata görə, 30-dan çox insan ölüb.
Cəbaliya düşərgəsindəki Əbu Hüseyn məktəbi bir neçə min köçkün üçün sığınacaq rolunu oynayıb. Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşı telekanala bildirib ki, “Basqın zamanı binanın içərisində olan 30-dan çox insan həlak olub, daha 100 nəfər yaralanıb”.