“Qərb Ermənistanın Rusiyanın nəzarətinə keçməməsi üçün Sünikdən(Zəngəzurdan- S.L.) keçən dəhlizə bu ölkənin özünün nəzarət etməsinin vacibliyindən danışır. Rusiya isə öz növbəsində onu nəzarətə götürməyə çalışır.”
Shafaqadogru.com xəbər verir ki, bunu Ermənistan News.am nəşrinin müxbiri ilə söhbətində politoloq Artur Xaçikyan deyib.
“Türkiyə və Azərbaycan indi Zəngəzuru almaqda israrlı olmaya bilər, lakin gələcəkdə hər şey dəyişə bilər... Əvvəlcə iqtisadi ekspansiya olacaq, sonra isə siyasi...
Rusiya və İran Türkiyə və Azərbaycanın birləşməsinə qarşıdır, çünki bu, NATO qüvvələrinin Xəzər dənizinə qədər yerləşdirilməsi demək olardı. Rusiya və İran Zəngəzurun Ermənistanın əlində qalmasında, ABŞ isə Türkiyənin bu əraziyə nəzarət etməsində maraqlıdır”, - deyə politoloq vurğulayıb.