Rusiyada fəaliyyət göstərən raket dizayn şirkəti yeni ballistik raketi "Satana 2"nin ilk dəfə olaraq fotolarını yayımlayıb.
Shafaqadogru.com xəbər verir ki, yeni raket ABŞ-n Texas ştatı və ya Fransanı xəritədən silə bilmə gücünə sahibdir.
Rusiya Müdafiə Nazirlyinin baş qərargah rəisi Yuriy Borisov bildirib ki, raket Şimal və Cənub qütbləri arasındakı hədəfləri məhv edə bilər. Raketin 11 min km mənzilli olduğu bildirilir.
Rusiyanın "Sputnik" agentliyi isə termo-nüvə silahlı qitələrarası balistik raketin, qlobal strateji tarazlığı dəyişmək üçün planlanan raket müdafiə sistemlərinə cavab olaraq inkişaf etdirildiyini bildirir.
100 ton ağırlığı olan RS-28 Sarmat raketinin istehsalı 2018-ci ildə başlayacaq. Raket dünyanın istənilən nöqtəsinə 10 ton yük apara bilər. İlk raket 2020-ci ildə ordunun balansına daxil ediləcək.