İsrail İspaniyadakı səfirini geri çağırıb.
Shafaqadogru.com xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen sosial media hesabındakı paylaşımda deyib.
Nazir bildirib ki, İspaniyanın baş naziri Pedro Sançesin İsrailin Fələstin torpaqlarını sistemli şəkildə işğal etdiyi barədə açıqlamalarından sonra səfiri Madriddən geri çağırmaq qərarına gəliblər.
O, İsrailin “beynəlxalq hüquqa uyğun hərəkət etdiyini” iddia edərək, qeyd edib ki, geri çağırılan səfirlə məsələhətləşmə aparacaqlar: "Hər kəs bilsin ki, kimsə İsraili yolundan çəkindirə bilməyəcək. Həmas məhv olunana və bütün israilli girovlar azad edilənə qədər Qəzzaya hücumları davam etdiriləcək".
Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahu İspaniyanın Təl-Əvivdəki səfirinin Qərbi Qüdsdəki Xarici İşlər Nazirliyinə çağırılmasını və ona nota təqdim ounmasına göstəriş verib.