Şəfəqə Doğru » Manşet » Ermənistan hakimiyyəti Bakıdakı separatçılarla maraqlanmır

Ermənistan hakimiyyəti Bakıdakı separatçılarla maraqlanmır

Ermənistan hakimiyyəti Bakıdakı separatçılarla maraqlanmır

Ermənistan hakimiyyəti Azərbaycanın həbs etdiyi Ruben Vardanyan da daxil olmaqla, qondarma “Artsax”ın keçmiş “liderləri”nə görə məsuliyyət daşımır. Shafaqadogru.com xəbər verir ki, bunu Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan bildirib. “Hakimiyyət “Dağlıq Qarabağın keçmiş liderləri”nin taleyi üçün heç nə etmir, Azərbaycan qarşısında heç bir tələb irəli sürmür”, - Zurabyan deyib. O, Nikol Paşinyan hakimiyyətini qondarma “Artsax”ın keçmiş “liderləri”nə yönəlik davranışına görə sərt tənqid edib, bunu əxlaqsızlıq adlandırıb.