Qəzza zolağında müharibənin başlamasından bəri ölən İsrail hərbçilərinin sayı 401-ə çatıb.
Bu barədə “The Jerusalem Post” qəzeti İsrail Müdafiə Ordusuna istinadən məlumat yayıb.
Xatırladaq ki, dekabrın 1-də İsrail və HƏMAS arasında atəşkəs başa çatıb. İsrail Müdafiə Ordusu bildirmişdi ki, HƏMAS atəşkəsi pozaraq İsrail ərazisinə atəş açıb. Nəticədə İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-a qarşı döyüşləri bərpa edib.