Şəfəqə Doğru » Manşet » Banklarda əmanətləri olan vətəndaşlara XOŞ XƏBƏR

Banklarda əmanətləri olan vətəndaşlara XOŞ XƏBƏR

Banklarda əmanətləri olan vətəndaşlara XOŞ XƏBƏR

Növbəti ildən bank əmanətləri üzrə əhaliyə yeni mexanizmlə vergi güzəştlərinin tətbiq olunması nəzərdə tutulur. Modern.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunur. Belə ki, dəyişikliyə əsasən, əhalinin yalnız milli valyutada banklarda yerləşdirdiyi əmanətlər üzrə faiz gəlirlərinin 200 manata qədər olan hissəsi vergidən azad edilir. Vətəndaş tərəfindən banka yerləşdirilən əmanətin müddəti 18 aydan az deyilsə, bu zaman həmin əmanətlər 1 yanvar 2024-ci ildən başlayaraq 3 il müddətinə bütün faiz gəlirlərindən azad ediləcək.