Salyanda bədbəxt hadisə nəticəsində ölən şəxslərin hərbçi olduğu məlum olub.
Shafaqadogru.com xəbər verir ki, Salyan şəhəri N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.
Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğlunun dəm qazından öldüyü bildirilib.
Vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.