Şəfəqə Doğru » Manşet » Xankəndi, Ağdərə, Xocalı və Xocavənd üçün ayrılan vəsait açıqlandı

Xankəndi, Ağdərə, Xocalı və Xocavənd üçün ayrılan vəsait açıqlandı

Xankəndi, Ağdərə, Xocalı və Xocavənd üçün ayrılan vəsait açıqlandı

Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.

Shafaqadogru.com  xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, hər il olduğu kimi gələn il də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin müdafiə potensialının və Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması əsas xərc istiqamətlərindən biri olacaq.
 
Ə.Əsədov vurğulayıb ki, müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub: “Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur”.