Mən Andrey Nikulinin "Azərbaycanın Ukrayna üçün mərmi istehsalını necə əsaslandırmaq olar" sualına cavab verirəm: Heç bir şəkildə. Çünki Azərbaycan Ukrayna üçün mərmi istehsal etmir. Bunu Azərbaycan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib. Azərbaycan yalnız Ukraynanın mülki əhalisinə yardım edir; Azərbaycanın humanitar yardım etdiyi əhali isə az qala hamısı bizimdir, rusdur.
Bu sözləri tanınmış rusiyalı ekspert Sergey Markov guya Azərbaycanın Ukraynaya mərmi göndərməsi barədə rusiyalı ekspert Andrey Nikulinin də səsləndirdiyi fikirlərə münasibətində deyib.
O bildirib ki, Andrey Nikulin sadəcə Ukrayna təbliğat aparatının qurbanıdır:
“Andrey! Heç vaxt Ukrayna resurslarına etibar etməyin! Bu, neonasist terrorçu rejiminin silahıdır. Onlar həmişə yalan danışır. Onların Rusiya ilə Azərbaycan arasında dostluğu pozmaq cəhdləri uğursuzluğa məhkumdur”.