Şəfəqə Doğru » Manşet » Zelenski Makronla Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə etdi

Zelenski Makronla Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə etdi

Zelenski Makronla Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında məlumat verib.

Ukrayna Prezidenti bildirib ki, danışıq zamanı o, Makronu cəbhə xəttində baş verənlər barədə məlumatlandırıb və hərbi dəstəyə görə təşəkkür edib.

“Makrona Rusiyanın bütün maneələrinə baxmayaraq hazırda 7,5 milyon ton yükün daşındığı taxıl dəhlizinin işləməsi haqqında məlumat verdim. Həmçinin, Avropa Şurası sammitində Ukraynanın Aİ-yə üzvlük danışıqlarının başlamasının vacibliyini də vurğuladım”, - deyə Zelenski qeyd edib.