Şəfəqə Doğru » Manşet » Məktəbdə qalmaqal: Direktor müəllimi döyüb? - VİDEO

Məktəbdə qalmaqal: Direktor müəllimi döyüb? - VİDEO

Məktəbdə qalmaqal: Direktor müəllimi döyüb? - VİDEO

Samuxda müəllimlə direktor arasında insident baş verib.

 

48 yaşlı ibtidai sinif müəlliminin 38 yaşlı direktor tərəfindən döyüldüyü iddia edilib.

 

Söhbət Samuxun Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdən gedir.

 

İbtidai sinif müəllimi Şəhla Qasımovanın sözlərinə görə, direktor onu telefona cavab vermədiyi üçün uşaqların gözü qarşısında təhqir edib:

 

“Qeyri-iş günü məktəbin direktoru zəng vurub, mən açmamışam. Telefona cavab vermədiyimə görə mənə təhqiramiz mesajlar yazdı. Dərs keçdiyim vaxt 24 uşağın qarşısında əlindəki qara kitabça ilə gəlib başıma vurdu. Yaxamdan tutub dedi ki, sinifdən çıxmalısan”.

Məktəbin direktoru Şahin Məmmədov isə deyilənləri böhtan adlandırıb.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.

 

Qeyd edək ki, döyüldüyü iddia edilən müəllim baş vermiş hadisə ilə bağlı polisə müraciət edib.

 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: