Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyinatından danışıb.
Shafaqadogru.com xəbər verir ki, o, jurnalistlərə açıqlamasında azad olunan ərazilərdəki məscidlərin, dini abidələrin bərpa olunduğunu söyləyib.
M.Qurbanlı vurğulayıb ki, Heydər Əliyev Fondu bu istiqamətdə geniş işlər görür: “Bu yaxınlarda Şuşanın Yuxarı Gövhər Ağa məscidinə imam təyin edilib. Digər məscidlərdə də təmir işləri başa çatdıqdan sonra müvafiq qurumların müraciəti əsasında müsahibədən keçmək şərtilə din xadimlərinin təyinatı həyata keçiriləcək”.
Dövlət Komitəsinin sədri bildirib ki, Xankəndiyə din xadimi təyinatı ilə bağlı təklif var və məsələyə baxılır.