Şəfəqə Doğru » Manşet » Putinə bəd xəbər...- Bu qurum Rusiyanın hesabına Ukraynaya 15 milyard köçürəcək...

Putinə bəd xəbər...- Bu qurum Rusiyanın hesabına Ukraynaya 15 milyard köçürəcək...

Putinə bəd xəbər...- Bu qurum Rusiyanın hesabına Ukraynaya 15 milyard  köçürəcək...
Avropa Komissiyası Ukraynaya maliyyə yardımı göstərmək üçün Rusiyanın dondurulmuş aktivlərindən 15 milyard avro yönəltmək niyyətindədir. Hazırlanmış plan Avropa Birliyinə üzv olan bütün ölkələrin dəstəyini tələb edir
 




Shafaqadogru.com “NV” kanalına istinadla xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 


 
Nəşrin mənbələri iddia edir ki, Brüssel çərşənbə axşamı, dekabrın 12-də yekunda Ukraynaya 15 milyard avroya qədər yardım ayırmaq niyyəti ilə Rusiyanın Aİ-dəki dondurulmuş aktivlərindən əldə edilən gəlirləri məhdudlaşdırmağı təklif edəcək. 
 
Avropa Komissiyasının planı yayda Aİ-nin bir neçə üzv ölkəsi və Avropa Mərkəzi Bankının mümkün hüquqi və maliyyə problemləri ilə bağlı şərhlərinə görə dayandırılmışdı.
 
Komissiyanın vitse-prezidenti Valdis Dombrovskis bu aktivlərin və onlardan əldə edilən gəlirlərin Ukraynaya dəstək üçün istifadə imkanlarının nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, “G7” ölkələri Rusiya Ukraynaya dəymiş ziyanı kompensasiya edənə qədər aktivlərini dondurmağa razılaşıblar və indi bu müddət ərzində alınan vəsaitdən necə daha yaxşı istifadə olunacağını düşünməyin vaxtı çatıb.
 
ABŞ və Aİ-nin Ukraynaya əlavə maliyyə dəstəyi ilə bağlı razılaşma əldə etmək üçün tərəddüdlü cəhdləri Rusiyanın dondurulmuş fondlarından əldə olunan gəlirlərdən istifadə planlarına yeni təkan yaradıb.
 
Yeri gəlmişkən, Avropa Komissiyasının nümayəndəsi Ana Pisonero Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Avropa İttifaqı dekabrda Ukraynaya 18 milyard avro dəyərində builki makro-maliyyə yardımı proqramı çərçivəsində yekun ödəniş kimi 1,5 milyard avro köçürəcək.
Araşdırmamızdan o da bəlli olub ki, Aİ 2014-2019-cu illərdə Ukraynaya qrant və istiqraz vəsaitləri kimi ümumilikdə 15 milyard avro təqdim edib.