İranın Sistan-Bəlucistan əyalətinin Rask qəsəbəsində polis məntəqəsinə silahlı hücum nəticəsində 12 polis əməkdaşı ölüb.
Məlumatı “Fars” agentliyi yayıb.
Bəluclar İran, Əfqanıstan və Pakistanla həmsərhəd ərazilərdə yaşayır. İranın təhlükəsizlik qüvvələri ilə bəluc silahlıları arasında tez-tez qarşıdurma olur.
Etnik azlıq olan bəluclar milli hüquqlarının təmin olunmasını, həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.