Şəfəqə Doğru » Manşet » "ABŞ və Avropa İttifaqının günahından Ukrayna ən dəhşətli həftəni yaşayıb" - CNN

"ABŞ və Avropa İttifaqının günahından Ukrayna ən dəhşətli həftəni yaşayıb" - CNN

"ABŞ və Avropa İttifaqının günahından Ukrayna ən dəhşətli həftəni yaşayıb" - CNN
"ABŞ və Avropa İttifaqının yardımı olmadan Ukraynanın böyük hissəsi Rusiyanın işğalına məruz qalacaq, Rusiya Silahlı Qüvvələri isə NATO sərhədlərində peyda olacaq..."
 
"Rusiya Ukraynada hərbi qələbə qazanarsa, dünyanı zülmət bürüyəcək, ABŞ isə dünya liderliyini itirəcək..."
 
Zelenski ABŞ-a gedərək Ukraynaya dəstəyin vacib hesab edib
 
ABŞ-ın Ukraynaya bundan sonra da yardım edilməsi məsələsində davranışı Amerika xarici siyasətinin heyrətdoğuracaq iflasıdır və bunun yaxın onilliklərdə nəticələrinin əks-sədası olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.
 
Prezident Zelenski həqiqi mənada dəhşətli həftə yaşamalı olub. Ölkəsinin Avropa İttifaqına daxil olması üzrə danışıqların başlanması barədə qərardan sonra onun komandasının qələbənin əldə edilməsini elan etməsinə rəğmən, faktiki üzv olmaq üçün müharibə Kiyevin qələbəsi ilə başa çatmalıdır. Lakin bunların heç birinə hazırda zəmanət yoxdur.
 
CNN yazır ki, bunun əvəzinə Zelenski dörd gün ərzində iki təcili maliyyə fəlakətinə cəsarətlə nəzər salmalıdır.
 
"Macarıstanın Ukraynaya 55 milyard dollar məbləğində hərbi yardıma veto qoymaq qərarı. Avropa İttifaqının rəsmi şəxsləri əmin edib ki, yanvarın əvvəlində, böyük ehtimalla, bu məsələ barəsində səsvermə müsbət olacaq", - nəşr yazıb.
 
Jurnalistlər həmçinin Zelenskinin ABŞ səfəri və bu səfər zamanı Ukraynaya yardım etmək xahişinə də toxunub. 
 
"Hətta Vaşinqton maliyyələşməni 2024-cü ilin əvvəlində bərpa etməyə müvəffəq olsa belə, bu, artıq Ukraynaya ziyan vuracaq", - nəşr qeyd edib.
 
"Bu, Amerikanın xarici siyasətinin heyrətdoğuracaq iflasıdır və yaxın onilliklərdə bunun əks-sədası olacaq. Hələ heç vaxt bu qədər taleyüklü məsələ belə təhlükə altında olmayıb", - nəşr hesab edir.
 
İndi növbəti təhlükə Ukraynanın NATO-nun dəstəyi olmadan Rusiya ilə toqquşması ehtimalıdır ki, bu da diqqətini gələcək qış döyüşlərinə yönəldənləri narahat edir.
 
"ABŞ və Avropa İttifaqının, yaxud onlardan birinin pullarının olmaması, böyük ehtimalla, o deməkdir ki, Ukraynanın böyük bir hissəsi yaxın iki ildə Rusiyanın işğalına məruz qalacaq. Bu, Rusiya Silahlı Qüvvələrini NATO sərhədləri yaxınlığına gətirəcək, bu da dərhal Vaşinqton üçün problem yaradacaq.
 
Nədən? Çünki NATO Müqaviləsindən kənarda sırf praktiki səviyyədə Avropada təhlükəsiz və azad demokratiyalar Amerikanın həlləledici ticarət tərəfdaşlarıdır və ABŞ-ın qlobal çəkisinin əsasını təşkil edir", - nəşr yazıb.
 
Buna baxmayaraq, Zelenski ABŞ-ın timsalında o qədər parçalanmış və nadan müttəfiqlə üzləşib ki, bu müttəfiqə hər şeyin o qədər də pis olmadığı görüntüsünü yaratmaq lazım gəlir.
 
"Bəzi marginal respublikaçılar iddia edir ki, Rusiya həmişə qalib gələcək, o zaman qaçılmaz olanı təxirə salmaq, ukraynalılara onları həlak edən yardımı göstərmək nəyə lazımdır ki? Ukraynaya "yox" demək istəyənlərə özlərinə haqq qazandırmaq lazım gəlmir.
 
Lakin bu, növbəti daha qaranlıq sualı təxirə salır: siz, nəhayət, Moskvaya nə zaman "yox" deyəcəksiniz? Ukraynanın və ya, mümkündür ki, onun Avropa qonşularının hansı hissəsini Putin özünə tabe edəcək və ya Yerlə bir edəcək?", - nəşr sual edib.
 
ABŞ-ın hərbi yardımı
 
Rusiyanın Ukraynada hərbi qələbə qazanacağı təqdirdə dünyanın qalan hissəsini zülmət bürüyəcək, ABŞ üçün isə bu, dünya liderliyinin itirilməsi demək olacaq.
 
ABŞ-ın bir neçə prezidentlərinin müşaviri olmuş Fiona Hill dünyada müharibələrin artmasını və nüvə silahının tez bir zamanda yayılmasını proqnozlaşdırıb.
 
Bu gün isə Amerikanın yeni təhlükəsizlik Mərkəzinin hərbi analitiki Frans-Stefan Qadi bununla bağlı öz fikrini ifadə edib.
 
O, deyib ki, əgər ABŞ-ın miqyaslı hərbi yardımı bərpa edilməzsə və Ukrayna Silahlı Qüvvələri sərt mərmi qıtlığı ilə üzləşərsə, Ukrayna komandanlığı tammiqyaslı hərbi müdaxilənin başlandığı zaman olduğu kimi, şəhərlərdə müdafiə taktikasına dönə bilər.