Şəfəqə Doğru » Manşet » Türkiyə əsilli iş adamları Azərbaycanda 5700 şirkət yaradıb

Türkiyə əsilli iş adamları Azərbaycanda 5700 şirkət yaradıb

Türkiyə əsilli iş adamları Azərbaycanda 5700 şirkət yaradıb

"Bu günə qədər Türkiyə əsilli iş adamları Azərbaycanda təxminən 5 700 şirkət yaradıb". Shafaqadogru,com  bildirir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib. "Sözügedən Türkiyə şirkətlərinin Azərbaycana yatırımları 12,5 mlrd. dollara çatıb. İndiyə qədər şirkətlərimiz dəyəri 18 mlrd. dollara çatan 517 layihədə iştirak edib", - deyə, nazir vurğulayıb. Türkiyəli nazirin sözlərinə görə Azərbaycan əsilli iş adamları isə Türkiyədə 2800 şirkət yaradıb. Ömər Bolat bildirib ki, Türkiyədəki Azərbaycan şirkətləri emal, inşaat, təhsil, daşınmaz əmlak, səhiyyə, topdan və pərakəndə ticarət, logistika və mədənçilik kimi çox çeşidli sahələrdə fəaliyyət göstərir. Türkiyəli nazir iki ölkə arasındakı turizm əlaqələrindən də söz açıb: "2021-ci ildə Azərbaycandan Türkiyəyə 470 618, 2022-ci ildə 683 834 turist gəlib. 2023-cü ilin 10 ayına isə bu rəqəm 717 265 olub". Xalidə Gəray Fotolar müəllindir Musavat.com