Tovuz o rayonlardandır ki, üzdəniraq qonşularımızla həmsərhəd olmasına baxmayaraq onlara nə bir qarış torpaq vermiş nə də əhalisi Birinci Qarabağ müharibəsində öz evlərini tərk etməmişdir.
Hamıya məlumdur ki, 44 günlük Vətən Müharibəsi bədnam qonşularımızın Tovuza hücumu ilə başladı. Bizim Zəfərimiz Tovuzdan keçdi. Haqqında danışacağımız kəndlərin özünündə ona yaxın şəhidi, yüzlərlə qazisi var. Amma bütün bunlara baxmayaraq 21-ci əsrdə müasir dünyanın, çağdaş Azərbaycanımızın bu qədər inkişaf etdiyi məqamda təəssüflər olsun ki, bu rayonun kəndlərinin əhalisi şəraitsizlik içində çox əziyyət çəkirlər.
Bu gün ölkəmizdə Tovuzun kəndlərindən də pis vəziyyətdə yolları olan rayonlara yol və qaz çəkildiyi halda belə bir rayonun əhalisi şəraitsizlikdən əziyyət çəkməkləri aidiyyətı qurumların diqqətsizliyindən başqa bir iş deyil. Söhbət Tovuz rayonunun ermənilərlə sərhəd kəndləri olan Çeşməli, Abbasqullar, Papaqçılar, Məşədivəlilər, Qandallar, Həsənli, Güvəndik kəndlərindən gedir. Cəmi 15-20 kilometrlik asfalt yola ehtiyacı olan bu kəndlərdə hər gün işə, məktəbə getmək çox təhlükəlidir.
Kənd ərazilərini mərkəzlə birləşdirən yol üzərində qurulmuş körpü istifadəyə yararsız haldadır. Bu körpü uçarsa sadalanan kəndlərin rayon mərkəzi ilə əlaqəsi tamami ilə kəsiləcək. İqlim şəraiti baxımından sel daşqınlarının ən intensiv baş verdiyi bu torpaqlarda yolların bu vəziyyətdə olması insan həyatına laqeydlik əlamətidir. Yuxarıda sadaladığımız kəndlərdə məktəblilərin soyuq qış aylarında dərsə getməsi mümkünsüzdür.
Yolsuz, şəraitsiz kəndlərin həm də qaz problemi var. Tam yaxın ərazilərdən keçən qaz xətləri olsa da amma nədənsə 20 kilometr yola ehtiyacı olan bu sərhəd kəndlərin qazla təmin olunması heç kimin yadına düşmür.
Ümüd edirik ki, aidiyyəti qurumlar məsələ ilə yaxından maraqlanacaqlar.
AZİNFORM.AZ mövzü ilə bağlı video reportajı təqdim edir: