Azərbaycanda işə qəbulda çətinlik çəkən şəxslər üçün məşğulluq mexanizmi hazırlanıb. Shafaqadogru.com Report-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, “Məqsədli proqramlar” və “Kvotadan əlavə iş yerləri” aktiv məşğulluq tədbirlərinin mexanizmləri hazırlanıb və qanunvericilik dəyişiklik layihələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilib: “Məqsəd sosial cəhətdən həssas qruplardan olan və işə qəbulda çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılması və işəgötürənlərdə bu kateqoriyadan olan şəxslərə yeni iş yerlərinin yaradılmasının stimullaşdırılmasıdır”. M.Abbasbəyli bildirib ki, təcrübəsiz şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə Şagirdlik proqramı və Təcrübəkeçmə mexanizmləri də hazırlanıb və qanunvericilik dəyişiklik layihələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilib.