Şəfəqə Doğru » Manşet » "Rusiya yaxın həftələrdə hücuma keçəcək" - ISW

"Rusiya yaxın həftələrdə hücuma keçəcək" - ISW

"Rusiya yaxın həftələrdə hücuma keçəcək" - ISW
"Ukrayna Silahlı Qüvvələri bütün cəbhə boyunca düşmənə müqavimət göstərir, düşmən təmas xəttində torpağın donmasını gözləyir..."





"Rusiyanın genişmiqyaslı hücum əməliyyatları aparması üçün kifayət qədər canlı qüvvəsi yoxdur..."
 
"Rusiya qoşunları operativ olaraq əhəmiyyətli irəliləyişə nail olmayacaq..."
 
Rusiyalı işğalçılar ehtimal ki, yaxın həftələrdə cəbhənin şərqində hücum  əməliyyatlarına hazırlaşır. Hazırda onlar torpağın donmasını gözləyir.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Analitiklər qeyd edir ki, düşmən qüvvə və şəxsi heyət çatışmazlığından cəbhə xəttində əhəmiyyətli irəliləyiş əldə edə bilmir. Rusiya KİV-ləri yazır ki, yeni hücum yanvarın 12-dən fevralın 2-dək olmalıdır.
 
Eyni zamanda, ədəbi tənqidçi və tarixçi Sergey Peresleqin Rusiyanın genişmiqyaslı hücum əməliyyatları aparması üçün kifayət qədər canlı qüvvəsi olmadığından narahatdır. Mövcud qoşunlarla işğalçılar yalnız lokal taktiki manevrlər edə bilər.
 
"Roskosmos"un sabiq rəhbəri Dmitri Roqozin bəyan edib ki, Zaporojyenin qərbində cəbhə xətti Ukraynanın çoxsaylı dronları səbəbindən "arı pətəyinə bənzəyir". USQ-nin dronları hədəfləri dəqiq nişan alır və rusiyalıların şəxsi heyətinin rotasiyasını çətinləşdirir.
 
ISW-nin dəyərləndirməsinə görə, Ukraynada hava hərarətinin sıfırdan aşağı olması cəbhədə əməliyyatları ləngidir, lakin torpaq donandan sonra mexanikləşdirilmiş manevr savaşı üçün daha əlverişli olacaq.
 
ISW qeyd edir ki, qış hava şəraiti və ərazinin vəziyyətinə rəğmən, Rusiya qoşunları ehtimal ki, Ukraynanın şərqində təşəbbüsü ələ keçirib saxlamağa cəhd edərək, lokal hücum əməliyyatlarını davam etdirəcək və ya intensivləşdirəcək. 
 
ISW-nin məlumatına görə, Rusiya qoşunları operativ olaraq əhəmiyyətli irəliləyişə nail olmayacaq, - ekspertlər əmindir.
 
Ukraynada savaş - rusiyalıların hücumları
 
Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski bəyan edib ki, rusiyalı qəsbkarlar əsgərlərini "top yeminə" çevirməklə hücumlarını artırmağa cəhd edir.
 
Düşmənin şimal istiqamətində hücum əməliyyatlarını bərpa etməyə hazırlığı müşahidə edilir. Bunun üçün düşmən "qasırğa" bölmələrinin yerini dəyişir və hücum bölüklərini förmalaşdırır.
 
ISW bəyan edib ki, Rusiya USQ-nin müdafiə xəttinin arxa cəbhəsində hücum-desant briqadalarını çıxarmağa hazırlaşır.
 
Yerüstü birliklərin tərkibində belə briqadalar Ukraynanın yaxın arxa cəbhəsində helikoptersiz desant çıxara bilər. 
 
Ehtimal ki, Qostomel hava limanı uğrunda ilkin döyüşlır zamanı olduğu kimi şəxsi heyətin tez bir zamanda yerləşdirilməsi üçün helikopterlərdən desant çıxarılması cəhdləri olacaq.