Bu barədə Mersin valiliyindən xəbər verilib.
Bildirilir ki, avtobus Aydıncık rayonunda Sarıyer tunelinin çıxışında naməlum səbəbdən maneələrə çırpılıb, daha sonra aşıb.
“Təəssüf ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus xəndəyə aşıb. Qəza nəticəsində doqquz vətəndaşımız həlak olub, 30 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib”, - deyə administrasiyadan bildirilib.
O da vurğulanır ki, yaralılardan 13-nün vəziyyəti ağır qiymətləndirilir.
Mənbə: TRT Haber