Şəfəqə Doğru » Manşet » Müxalifət seçkini udsa, "Ferrari", "Volkswagen", "Mercedes"...

Müxalifət seçkini udsa, "Ferrari", "Volkswagen", "Mercedes"...

Müxalifət seçkini udsa, "Ferrari", "Volkswagen", "Mercedes"...

Gürcüstanda "Aqmaşenebeli Strategiyası" Partiyasının lideri Georgi Vaşadze vəd edib ki, müxalifət seçkilərdə qalib gələrsə, Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk etmiş qlobal brendləri ölkəyə cəlb edəcək.

 

Shafaqadogru.com  Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, söhbət "Mercedes", "Volkswagen", "Apple", "Google", "Amazon", "Ferrari" və digər ciddi şirkətlər kimi nəhənglərdən gedir.

 

“İvanişvilinin oliqarx hakimiyyətinə görə onlar Gürcüstandan başqa hər yerə gediblər. Əgər bu investisiyaların ən azı 5-7%-i Gürcüstana getsəydi, bu, artıq ölkədəki işsizlik problemini həll edərdi. Amma sistem korrupsiya, qeyri-rəsmi qayda və qəbilə məhkəmələri vasitəsilə idarə olunduğu yerdə investisiyalar axmır. Biz bütün bu şirkətlərlə əlaqə saxlayacağıq və qalib gəlsək, onları ölkəyə gətirəcəyik, hamının layiqli işi olacaq”, - Vaşadze bildirib.

 

Hakim partiya isə Vaşadzeni “cilovsuz populist” adlandırmaqla cavab verib.

 

"Bu, Gürcüstanın niyə kosmosa raket buraxmadığına bənzəyir", - parlament çoxluğunun üzvü İrakli Kadagişvili qeyd edib.