Şəfəqə Doğru » Manşet » Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində deyib.

 




Kostanyan Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında konstruktiv rol oynadığını bildirib.

 

"Ermənistan və Türkiyə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, xüsusən üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün sərhədlərin açılması həm Ermənistan-Türkiyə münasibətlərinə, həm də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərə bilər", - o deyib.

 

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akar Ermənistanı sülh prosesini daha da ləngitməməyə çağırıb.