ABŞ prezidenti Co Baydenin administrasiyası öz siyasəti ilə dünyanı cəhənnəmə çevirib və ölkəni qan gölünə sürükləyir.
Shafaqadogru.com xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Amerikanın keçmiş prezidenti Donald Tramp deyib.
“Co Bayden Əfqanıstanda Amerika ləyaqətindən əl çəkdiyi gündən dünya cəhənnəmə çevrilib, çünki hamı Ağ Evin sahibinin zəif, bacarıqsız və korrupsioner olduğunu bilir”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, Bayden öz hərəkətləri ABŞ düşmənlərinə xaos və terror törətmək imkanı, cəsarət verib ki, bu da Yaxın Şərqdəki Amerika bazasına son hücumla nəticələnib.
"Co Bayden ölkəmizi birbaşa III Dünya Müharibəsinə, qan gölünə aparır", - Tramp deyib.
Keçmiş dövlət başçısı bildirib Bayden administrasiyasını "daha qiymətli Amerika həyatını" məhv etməzdən əvvəl hazırkı prezidenti təhlükəsizlik və sağ qalmaq naminə "qovmağa" çağırıb.