Şəfəqə Doğru » Manşet » Arif Qasımov sahibkarlara qənim kəsilib!

Arif Qasımov sahibkarlara qənim kəsilib!

Arif Qasımov sahibkarlara qənim kəsilib!
Nizami rayonunun icra başçısı Arif Qasımov bir müddət əvvələ qədər rəhbərlik etdiyi Siyəzən rayonunda işləri qatıb-qarışdırırdı

Bolgexeber.com-un etibarlı mənbələrdən aldığımı məlumatlara görə, A.Qasımov Nizami rayonunu da Siyəzənlə səhv salıb. Çünki eyni qanundankənar hərəkətlərə hələ də yol verir.

Məlumatda deyilir ki, ölkədə sosial-iqtisadi böhran yaşandığı bir vaxtda sahibkarlardan xərac yığan Qasımov, yerli idarə və müəssisə rəhbərlərini də «boş» buraxmayıb. Belə ki, icra başçısı onlardan da konkret məbləğlərdə pul tələb edir və bunu rayonda abadlıq işləri aparacağı ilə əsaslandırır. 
Araşdırmalardan çıxan nəticəyə görə, Arif Qasımov Siyəzən rayonuna rəhbərlik etdiyi zamanlarda oradakı bütün idarə və müəssisə rəhbərləri üçün «nisyə dəftəri» açıbmış. Həmin dövrlərdə o, rayonda tikinti işləri aparmaq adı altında pul yığdırır, pulu olmayan müəssisə rəhbərlərinin yerinə öz cibindən pul qoyaraq, onların da adlarını həmin «dəftərə» yazırmış.

Arif Qasımov Nizami rayonuna başçı təyin olunandan sonra yollardan tutmuş, insanların yaşayış səviyyəsinə kimi vəziyyət pisləşib. Nizami baxımsız rayona çevrilib. Rayonun yol infrastrukturu düzəlmir ki, düzəlmir. A.Qasımovun gəlişindən sonra rayonda küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması indi dəb halına çevrilib.

Küçələrin arasındakı ağaclıqların məhv edilərək 10-15 min manat alınaraq çayxanaya çevrilməsi sıradan bir hadisə sayılır. Nizamidə avtoyuma məntəqələrinin durmadan artması da maraq doğuran hallardır. Köhnə icra başçısının əməllərini davam etdirən A.Qasımovun daha bir gəlir yeri avtoyuma məntəqələrindən yığılan pullardır. Qaydaya görə, hər avtoyuma məntəqəsinin sahibi aylıq pul ödəyir. İcra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həminin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir.
Arif Qasımovun Fermalardan obyektlərədək olan biznesi, Məhkəməyə çıxan rüşvət qalmaqalı, "kassir” qardaşı və s. Bu kimi rezonans yaradacaq şok məlumatlardan xəbərdar olmaq üçün saytımızı izləmədə qalın.
Qeyd: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Shafaqadogru.com Bölgəxeber.coma istinadən bildirir.