Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva diqqəti mənzil probleminə yönəldib. İpoteka kreditlərindən yararlanmanın kateqoriyaları olduğunu deyən millət vəkili qeyd edib ki, güzəştli kateqoriyalara müəllimlər də əlavə edilməlidir: "Bu gün ən ciddi məsələlərdən biri mənzil problemidir və dövlətin diqqət mərkəzindədir. İndiki halda müəllimlərin maaşları azdır. Biz müəllimləri güzəştli kateqoriyaya əlavə etməklə onlara dəstək ola bilərik. Bu, həmçinin gənclərin bu sahəyə marağını artırar” – deyən Q.Paşayeva gənclər üçün sosial mənzillərin tikilməsi layihəsini dəstəklədiyini bildirib.
Sənədsiz evlərin sənədləşməsi məsələsinə də toxunan deputat bu problemin aradan qaldırılmasının vacibliyini vurğulayıb.